Ağdaşda su kanalında batan 34 yaşlı şəxsin meyiti tapılıb

  • By admin
  • 20 Oktyabr 2019 20:19
Ağdaş rayonunun Bulaqotağı kəndində, Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun axtarışları başa çatıb.
Gununsesi.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ə. Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.org