Afrikanın öz “Şengeni” olacaq

  • By admin
  • 21 İyun 2016 14:43
Afrika Birliyi
“The İndependent” qəzeti yazır ki, Afrika “özünün Şengen zonasını” yaratamağa hazırlaşır.
Məqalədə deyilir ki, Afrika liderləri qitənin ölkələri arasında sərhədlərin sərbəstləşdirilməsi məqsədilə vahid pasporta keçilməsini planlaşdırırlar.
“The İndependent” yazır ki, Afrika İttifaqı tərəfindən irəli sürülmüş bu ideya Avropa İttifaqının ziddiyyətli Şengen sazişindən ilhamlanıb və Afrika blokuna daxil ölkələrə şamil edilməlidir.
Hazırda Afrikanın 13 ölkəsi arasında vizasız gediş-gəliş rejimi mövcuddur. Bu sistemə uyğun olaraq bu 13 ölkənin vətəndaşları öz ölkələri arasındakı sərhədlərdən vizasız keçir və ya vizanı sərhəddə alırlar.
Məqalədə deyilir ki, Amerika qitəsində 20 ölkə arasında buna bənzər gediş-gəliş vizası sistemi mövcuddur.
54 ölkəni birləşdirən Afrika İttifaqı 2018-ci ilədək qitənin bütün vətəndaşlarının Afrika ölkələrinə vizasız gediş-gəlişini bərqərar etməyi planlaşdırır.
Bundan əvvəl, artıq 2017-ci ildə qitə boyunca azad ticarət zonasının yaradılması məsələsi də müzakirə olunur.
“The İndependent” yazır ki, dövlət başçıları yeni elektron Afrika İttifaqı pasportlarını iyul ayında Ruandada keçiriləcək Afrika sammitinə qədər sınaqdan keçirmək istəyirlər.
Afrika İttifaqının bəyanatında deyilir ki, vahid pasport sistemindən məqsəd ölkənin iqtisadi-ticari inkişafını sürətləndirməkdir (BBC, Musavat).