AFFA-da təcili toplantı - BİABIRÇI MƏĞLUBİYYƏTƏ GÖRƏ HESABAT İSTƏNİLDİ

  • By admin
  • 12 İyun 2019 09:59

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.

Gununsesi.org  xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb.

O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib.

Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib.