Aeroport şossesində piyadanı avtomobil vurub

  • By admin
  • 10 Mart 2020 21:35

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununseiaz.info xəbər verir ki, hadisə şossenin Ramana qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Səfərov Coşqun Allahverdi oğlunu “Daewoo” markalı minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

 

Gununseiaz.info