ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir – FOTOLAR

  • By admin
  • 31 Mart 2020 14:41

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) rəhbər əməkdaşları könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkhaqqlarından 36 min manat ianə ediblər.

Gununsesi.org xəbər verir ki, ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla yanaşı, ADRA ölkə rəhbərinin tapşırığına əsasən infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək olaraq açıq məkandakı reklam lövhələrində virusla mübarizəyə dair videoçarxların hazırlanması və yayımlanmasını həyata keçirib. Əsas məqsəd əhalinin maarifləndirilməsi, virusla mübarizədə milli həmrəyliyin göstərilməsi, o cümlədən həyatını təhlükəyə ataraq pandemiyaya qarşı səfərbər olan tibb işçiləri, polislər və digər peşə sahiblərinə dəstək nümayiş etdirmək, ictimaiyyəti də anlayışlı və məsuliyyətli olmağa səsləməkdir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi öz növbəsində maarifləndirmə işinin aparılmasında köməklik göstərən reklam sahəsində çalışan sahibkarlara dərin minnətdarlığını bildirir.

Gununsesi.org