Adı davada hallanan polis rəisi danışdı - BİZ DOSTUQ

  • By admin
  • 03 Sentyabr 2019 13:57

 

“Mənim Xəqani Əsgərovla dava etməyim barədə yazılanlar həqiqətəuyğun deyil. Mən onunla dostam, çörək kəsirik”.

Bu sözləri Gununsesi.org-a açıqlamasında Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 10 saylı Tovuz imtahan-qeydiyyat şöbəsinin rəisi Xəqani Əsəgrovla dava etməsi barədə xəbərə münasibətində deyib.

Onun sözlərinə görə, son zamanlar onun haqqında kimlərsə mediaya yalan xəbərlər sızdırır: “Məni bütün Tovuz tanıyır. Mən qanun adamıyam. Kimləsə dava etmək ağlıma gəlmir. Xəqani ilə də dostam”.

Gununsesi.org