Adelə 90 milyon təklif etdilər

  • By admin
  • 24 May 2016 23:33

adel

28 yaşlı müğənni Adel musiqi tarixinin ən yüksək məbləğli müqaviləsini imzalamağa hazırlaşır. Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, “Sony Music”in ona təklif etdiyi rəqəm 90 milyon funt-sterlinqdir. Bu məbləğin müqabilində musiqi şirkəti Adelin mahnılarının yayım hüququnu öhdəsinə götürəcək.

Qeyd edək ki, müğənni 19 yaşında imza atdığı “XL Recordings”lə müqaviləsini bitirməyə hazırlaşır. Musiqi tənqidçiləri Adelin “Sony Music”lə əməkdaşlığının vaxtının yetişdiyini bildiriblər.

Adelin müqaviləsindən əvvəl, ən yüksək göstərici, ingilis musiqiçisi Robbie Uilyamsa aid olub. O, 2002-ci ildə “EMI”dən Sony Music-ə  transfer olmaq üçün 80 milyon sterlinqliqə müqavilə imzalamışdı.