Adanada uşaq həbsxanasında yanğın baş verib

  • By admin
  • 19 Yanvar 2017 10:59
    ADANA KURKCULER ACIK VE KAPALI CEZAEVI'NIN COCUK KOGUSUNDAÜ CIKAN YANGINDA 3'U AGIR 6 COCUK ILE 5 GARDIYAN DUMUNDAN ETKILENDI. FOTO: GOKHAN KESKINCI/ADANA, (DHA)

Türkiyənin Adana vilayətinin Kürkçülər məhəlləsində yerləşən “E” tipli qapalı və açıq həbsxananın uşaq bölməsində yanğın baş verib.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Adana şəhər bələdiyyəsinin yanğından mühafizə briqadaları yanğına dərhal müdaxilə ediblər. Həbsxananın uşaq bölməsində baş verən yanğın zamanı 6 məhkum və 5 məmur xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Adana valisi Mahmud Demirtaş yanğının söndürüldükdən sonra tüstüdən zəhərlənən və yanğında yaralananların vəziyyəti ilə tanış olmaq üçün Adana Respublika baş prokuroru Ali Yeldan ilə birlikdə Adana Nümunə Təhsil və Araşdırma Xəstəxanasına gediblər.

Adana valisi M. Demirtaş mətbuat nümayəndələrinə verdiyi açıqlamada, yanğın zamanı tüstüdən zəhərlənən 3 məhkumun vəziyyətinin ağır olduğunu, digərlərinin isə sağlıq vəziyyətinin yaxşı olduğunu bildirib.

Sonda M. Demirtaş yanğının məhbuslar tərəfindən törədildiyini qeyd edib.

Anar

Gununsesi.info