Acundan Azərbaycana növbəti hörmətsizlik 

  • By admin
  • 10 Aprel 2017 19:15

acun-sarigelin

 

Acun İlıcalının TV8 kanalında yayımlanan “Survivor 2017” yarışmasında iştirak edən Türkiyənin milli boksçusu Adəm Kılıççı “Sarı Gəlin” mahnısını oxuyub.

Publika.az xəbər verir ki, oyun iştirakçıları arasında keçirilən “Söylə söyləyə bilirsən” yarışmasının final mərhələsində Adəm Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i oxuyub.

Boksçu Mustafa Sandal və həyat yoldaşı Əminə Sandal, Fatih Terimin qonaq olduğu musiqi gecəsində ikinci yeri tutub.

Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin” bu dəfə də anonim olaraq göstərilib.

Qeyd edək ki, artıq neçənci dəfədir ki, türk kanalları “Sarı Gəlin”in söz və bəstəsinin müəllifi olmadığını əsas gətirərək anonim yazır.

 

Gununsesi.info