Abxaziya respublikasında prezident seçkiləri başladı

  • By admin
  • 25 Avqust 2019 13:08

Tanınmamış Abxaziya respublikasında prezident seçkiləri başlayıb.

“RİA Novosti” xəbər verir ki, ölkənin birinci postu uğrunda 9 namizəd mübarizə aparacaq.

Onların arasında keçmiş prezident Raul Xacimba, “Amtsxara” müxalifət partiyasının lideri Alxas Kvintsiya, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Astamur Tarba və digərləri də var.

Ümumi səslərin yarısından çoxunu toplayan namizəd qalib hesab olunacaq. Səsvermə isə seçmək hüququ olan insanların 50%-nin iştirakı olubsa, etibarlı sayılacaq.

Seçkidə həmçinin vitse-prezident də bəlli olacaq.

Gununsesi.org