Abşeron polisi cibgiri saxlayıb

  • By admin
  • 04 Avqust 2016 18:00

cibgir

Abşeron rayon polis idarəsinin əməkdaşları rayon ərazisində cibgirlik edən və narkotik istifadəçisi olan şəxsi saxlayıb.

Gununsesi.info xəbər verir ki, hüquq mühafizə orqanların əməkdaşları narkotika satan şəxs 49 yaşlı Ədalət Məhəmmədovun  əsl sənətin  oymaçı olduğunu deyir.  Uzun illərdir bu sənətlə məşğul olan Ədalət əlinin zəhmətini bir kənara qoyraq daha asan yolla pul qazanmaga üstünlük verib. Bu dəfə isə o 20 nömrəli avtobus xətti ilə evə gedərkən nəqliyyat vasitəsində qadına məxsus mobil telefonu götürərək dayanacaqda düşüb. Onun sözlərinə görə həmin an telefonun sahibi qadın yuxuya getdiyindən o bu əl-verişli fürsəti dəyərləndirərək qadının çantasından mobil telefonu götürərək mənimsəyib.

Narkotik istifadəçisi olan Ədalət Məhəmmədov Abşeron rayonunda bazarın yanında tanımadığı bir şəxsə yaxınlaşaraq ondan bir büküm narkotik vasitə alıb. Çox keçməyib ki, rayon polis idarəsinnin narkotiklərlə mübariz idarəsinin əməkdaşları onu saxlayaraq idarəyə gətiriblər. İstintaq zamanı məlum olub ki Ədalət Məhəmmədov bundan öncə də dəfələrlə məhkumluq həyatı yaşayıb. Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları Ədalət Məhəmmədova narkotik vasitəni satan şəxsi də yaxalayaraq istintaqa cəlb edib. Məlum olub ki bu şəxs, əvvəllər 5 dəfə məhkumluq həyatı yaşayan Salman Lələyevdir. Şübhəli şəxs qismində idarəyə gətirilən Salamanın üzərindən narkotik vasitə hesab olunan kakos polis əməkdaşları tərəfindən götürülüb. Həmçinin onun  Masazır qəsəbəsindəki kirayə qaldığı  evinə baxış zamanı oradan da narkotik vasitələr aşkarlanıb.

Hər iki faktla bağlı abşeron rayon polis idarəsində cinayət işi başlanıb araşdırma gedir.