ABŞ vətəndaşları üçün COVID-19 vaksini pulsuz ola bilər

  • By admin
  • 16 May 2020 10:36
ABŞ Prezidenti Donald Tramp bildirib ki, koronavirus əleyhinə vaksinin pulsuz olacağını istisna etmir.
Gununsesi.org xəbər verir ki, D.Tramp bu barədə brifinqdə jurnalistlərin suallarına cavab verərkən söyləyib.
“Biz, əslində, bunu araşdırırıq”, – ABŞ-ın 45-ci prezidenti vurğulayıb.
D.Tramp ABŞ-ın ilin sonuna və ya daha tez COVID-19 əleyhinə peyvənd hazırlayacağına əminliyini ifadə edib.
Qeyd edək ki, ABŞ koronavirus infeksiyasının ən çox aşkar edildiyi (1 484 285 nəfər) ölkələrin siyahısında birincidir.
Gununsesi.org