“ABŞ Suriyanın təbii sərvətlərini talayır” - RUHANİ

  • By admin
  • 01 İyul 2020 17:31

ABŞ Suriyada terrorla mübarizə barədə səs-küy salaraq bu ölkənin təbii sərvətlərini xaricə daşıyır.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Suriya münaqişəsinin həllinə dair Astana prosesinin zəmanətçi ölkələri – İran, Türkiyə və Rusiya arasında bu gün keçirilən videokonfransda bildirib.

Suriyanın Fərat çayının şərqindəki neft yataqları bölgəsində ABŞ tərəfindən qanunsuz hərbi bazaların sayının daha da artırıldığını dilə gətirən İran liderinin fikrincə, ABŞ Suriyanın təbii ehtiyatlarını dağıdır.

Həmçinin İran prezidenti qeyd edib ki, ABŞ-ın atdığı addımlardan göründüyü kimi, terrorçuluqla mübarizə barədə bəlağətli sözlər yalandan başqa bir şey deyil.

 

 

Gununsesi.org