“ABŞ Suriyada qanunsuz neft ixracıyla məşğuldu…” - RUSİYA MÜDAFİƏ NAİRLİYİ

  • By admin
  • 26 Oktyabr 2019 18:38
Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Suriyada qanunsuz yollarla neft ixrac etdini bildirib. 
Gununsesi.org xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib. İ.Konaşenkov “Pentaqon rəhbəri Mark Esperin neft yataqlarını İŞİD-dən qorumaq üçün ABŞ əsgərlərinin Suriyada qalmasıyla bağlı açıqlamasından təəccüblənmək lazım deyil” sözlərini işlədib.
İ.Konaşenkov Suriyada olan neft yataqlarının nə İŞİDƏ, nə də ABŞ-a aid olduğunu bildirib: “Beynəlxalq hüquq neft yataqlarını Suriya xalqından qorumaq üçün ABŞ əsgərlərinə heç bir səlahiyyət verməyib. Buna görə də Suriyanın şərqindəki neft yataqlarına silahlı nəzarət olunması beynəlxalq bir dövlət üçün quldurluqdan başqa bir şey deyil.
Gununsesi.org