ABŞ səfiri Dövlət Departamentinin 230, Azərbaycan XİN-nin 100 illiyi barədə bəyanat yaydı - LİTZENBERQER AXC QURUCULARININ ADINI ÇƏKDİ

  • By admin
  • 01 Avqust 2019 12:46

 

ABŞ səfirliyi Dövlət Departamentinin 230 illik, Azərbaycan Xarici İşlər Nazirliyinin100 illik yubileyii ilə vağlı videotəbrik yayıb.

Gununsesi.org bildirir ki, təbrikdə ABŞ -ın Azərbaycandakı səfiri Li Litzenberger “Biz bu il iki xüsusi ildönümü – Dövlət Departamentinin 230 illik və Azərbaycan Xarici İşlər Nazirliyinin 100 illik yubileyini qeyd edirik” deyə qeyd edir.

“ABŞ və Azərbaycan qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan ikitərəfli münasibətləri bölüşür. Hər iki ölkədəki diplomatlar vətənpərvər, çalışqan, yaradıcıdır və çətin problemlərin həllini tapmaqda maraqldır,” səfir Litzenberger qeyd edir.

Video təbrikdə hər iki yubiley münasibəti ilə diplomatların şərəfinə Azərbaycan və Amerikanın bir neçə “diplomatiya çempionuna” həsr edilmiş video çarx nümayiş etdirilir.

– Benjamin Franklin Amerikanın qurucu atalarından biri olmaqla bərabər ABŞ-ın ilk diplomatı olub. O 1776-ci ildən 1785-ci ilədək Amerikanın müdafiəsində şücaət göstərib.

– Fətəli xan Xoyski Azərbaycanın görkəmli dövlət xadimi, diplomatı və siyasətçisi olub. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri və xarici işlər naziri kimi fəaliyyət göstərib. 1918-ci ildə qəbul edilən “İstiqlal bəyannaməsi”ni imzalayan azərbaycanlılardan biri olub.

– Lüsil Açerson ABŞ Xarici İşlər Nazirliyinə qoşulmuş ilk qadın diplomat hesab olunur. 1923-1927-ci illərdə Bern şəhərində (İsverçrə) ABŞ nümayəndəliyində üçüncü katib kimi və daha sonra ABŞ-ın Panama nümayəndəliyində qısa müddət xidmət göstərib.

– Əlimərdan bəy Topçubaşov azərbaycanlı diplomat, dövlət xadimi və siyasətçi olub. O Azərbaycanın Paris sülh konfransındakı nümayəndə heyətinə başçılıq edib və Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına nail olub.

– Levellin Tompson ABŞ-ın Sovet İttifaqında səfiri olaraq iki müddət xidmət göstərmiş peşəkar diplomat olub. Kuba raket böhranı zamanı Tompson prezident Kennediyə tələsik qərar verməməyi məsləhət görüb, böhranın sülh yolu ilə həll edilməsinə öz töhfəsini verib.

– Vəfa Quluzadə Bakıda doğulmuş azərbaycanlı diplomat olub. O Azərbaycan Respublikasının ilk seçilmiş prezidentlərinin yanında xarici siyasət məsələləri üzrə dövlət müşaviri kimi çalışıb. Quluzadə “Əsrin müqaviləsi”nin imzalanmasına və Azərbaycan Respublikasının xarici siyasətinin formalaşmasına öz töhfəsini verib.

– Ən əfsanəvi diplomatlardan biri Henri Kissincer Birləşmiş Ştatların Milli Təhlükəsizlik müşaviri, sonra isə xarici işlər naziri olaraq çalışıb. Onun uğurları Çinlə diplomatik münasibətlərin qurulması və 1973-cü ildə Paris Sülh Sazişinin danışıqlarının aparılması daxildir.

Kondaliza Rays Milli Təhlükəsizlik müşaviri kimi xidmət göstərib və Amerikanın ilk afro-amerikan qadın xarici işlər naziri olub. Xanım Rays xarici işlər naziri olarkən demokratik dövlətləri dəstəkləyib və “Transformasiya diplomasiyası” ideyasını irəli sürüb.

Hafiz Paşayev 1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-da fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycan xarici işlər nazirninin müavini, Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

Video təbrikdə Azəırbaycanın qadın dimlomatı barədə də məlumat yer alıb.

Gununsesi.org