ABŞ kino prokatında ən çox gəlir gətirən filmin ikinci hissəsi çəkilir

  • By admin
  • 30 May 2020 21:23

“Paramount Pictures” şirkəti “Sega Sammy” ilə birlikdə “Sonic the Hedgehog” videooyunu əsasında çəkilən “Sonic kinoda” sikvelinin davamı üzərində işə başlayıb.

Gununsesi.org-un məlumatına görə. bu barədə “Entertaiment Weekly” xəbər yayıb.

Məlumata görə, Ceff Fauler sikvelin rejissoru kimi qalacaq. Həmçinin, keçmiş ssenaristlər – Patrik Keysi və Joş Miller də işə cəlb ediləcəklər.

Süjet və ya filmin ekranlarda yayımlanmasının mümkün vaxtı barədə məlumat verilməyib.

Qeyd edək ki, 2020-ci ilin fevral ayında yayımlanan “Sonic kinoda” filmi Amerikada videooyun əsasında çəkilən ən yüksək gəlirli film olub. Oyundakı cani rolunu Cim Kerri ifa edib.

 

Gununsesi.org