ABŞ-ın Kaliforniya ştatında kütləvi dini tədbirlərin keçirilməsinə icazə verilib

  • By admin
  • 26 May 2020 09:34

ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi tərəfindən pandemiya dövründə kütləvi dini tədbirlərin keçirilməsini nəzərdə tutan tövsiyələr hazırlanıb.

Gununsesi.org-un CNN-ə istinadən verdiyi məlumata görə, sözügedən tədbirlər zamanı müvafiq ayinlərin yerinə yetirilməsi zamanı maksim 100 nəfər toplaşa bilər.

Tövsiyələrə görə, açıq havada keçiriləcək mərasimlərdə oturacaqlararası məsafənin azı 2 metr olması mütləqdir.

Bundan əlavə, virusun hava damcı yolu ilə daha sürətlə yayılma təhlükəsi səbəbindən xor ifalarına, o cümlədən dini ədəbiyyatların və yaxud ritualların icrası ilə əlaqəli digər əşyaların mübadiləsinə icazə verilmir.

 

 

Gununsesi.org