ABŞ hamilə qadınların ölkəyə girişini qadağan edir

  • By admin
  • 23 Yanvar 2020 22:45

ABŞ Prezident administrasiyası “analıq turizmi”ni qadağan edən qərar qəbul edib.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, Amerika vətəndaşlığı almaq üçün körpəsini ABŞ-da dünyaya gətirmək istəyən anaların ölkəyə girişinə icazə verilməyəcək. Qadınlara o halda viza veriləcək ki, konsulluq əməkdaşları səfərin əsl məqsədinin dünyaya uşaq gətirmək olmadığını təsdiqləsinlər. Qərar sabahdan qüvvəyə minəcək.

Xatırladaq ki, təkcə 2012-ci ildə 36 min hamilə qadın uşağını dünyaya gətirmək və Amerika vətəndaşlığı almaq üçün ABŞ-a gedib, daha sonra isə ölkəsinə qayıdıb.

 

 

Gununsesi.org