ABŞ-dan Rusiyaya qarşı ciddi həmlə: “Rus İmperiya Hərəkatı”nı Xüsusi Qlobal Terroristlər Siyahısına daxil etdi

  • By admin
  • 08 Aprel 2020 19:11

Dövlət Departamenti (DD) “Rusiya İmperiya Hərəkatı”nı (RİH) və onun rəhbərliyini qlobal terrorçuların xüsusi siyahısına daxil edib. Öz tarixində ilk dəfədir ki, Dövlət Departamenti ağ irqin üstünlüyü barədə nəzəriyyə  tərəfdarlarının terrorçu qrupuna qarşı sanksiyalar tətbiq edir.

Prezident Trump bəyan edib ki, “Ölkəmiz  yekdilliklə irqçiliyi, dözümsüzlüyü və ağ irqin üstünlüyünün təbliğini pisləməlidir”. Bugünkü tədbirlə biz bu həmrəyliyə  Dövlət Departamentinin malik olduğu və terrorçuları dəf etməyə yönəlmiş möhtəşəm  qüvvəni  əlavə edirik.

RİH və onun liderləri Stanislav Anatolyevich Vorobyov, Denis Valiulloviç Qariev və Nikolay Nikolayevich Truşşalov ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün təhlükə yaradan  terror aktlarına hazırlığı təmin və bu cür  qrupa rəhbərlik etdiklərinə görə onlara qarşı 13886 saylı İnzibati Fərmana (İF) edilmiş düzəlişlə 13224 saylı İF-yə uyğun olaraq sanksiyalar tətbiq edilir.

Həmin terrorçuları sanksiyalar siyahısına daxil etməkdə məqsəd onları  hücumlara hazırlıq aparmaq üçün zəruri olan ehtiyatlardan məhrum etməkdir. Bu tədbirlər əsasında, digər nəticələrlə bərabər, onların ABŞ-da olan və ya gələcəkdə olacaq, və ya Amerika hüquqi və fiziki şəxslərinin sərəncamında və ya nəzarəti altında olan və ya olacaq bütün əmlak və əmlak maraqları bloklanır, ABŞ vətəndaşlarlına onlarla, bir qayda olaraq, hər hansı bir sazişə girmək qadağan edilir.

RIH Avropadakı ağ suprematist və neonasistlərin hərbiləşdirilmiş   təlimlərini həyata keçirir və fəal surətdə bu tip qrupları onların güman  edilən düşmənlərinə qarşı vahid mübarizə  cəbhəsində  birləşdirməyə  çalışır. RIH-in Sankt-Peterburqda iki təlim obyekti vardır və onlar, ehtimal ki, meşəlik ərazidə və şəhər şəraitində silahlı hücum, taktiki silah tətbiqi və əlbəyaxa döyüş vərdişləri yaratmaq  üçün istifadə olunur. “Rus İmperiya Hərəkatı”na onun banisi  və əsas lideri Vorobyov rəhbərlik edir. Qariev RİH-in hərbiləşdirilmiş hissəsi olan “İmperiya legionu”nun  rəhbəridir. Truşşalov RIH-in xarici əlaqələr üzrə Koordinatorudur.

2016-cı ildə iki İsveç vətəndaşı  RIH-in təlim kursunu keçiblər, sonra isə İsveçin Geteborq şəhərində bir sıra partlayışlar törədiblər. İsveçdə onlar qaçqın sığınacağı, daldalanacaq axtaranlar evi və bir kafe xüsusunda terror aktları həyata keçirməkdə günahkar biliniblər. İsveç prokuroru RİH-i bu şəxsləri terrorçu kimi radikallaşdırmaqda və onlarla müvafiq hazırlıq aparmaqda ittiham edib. RİH həmçinin  Almaniya, Polşa və Finlandiyadan olan ağ suprematistlər üçün də hərbi təlim keçirib.

RIH-in sanksiya siyahısına daxil edilməsi Prezident Trumpın 13886 saylı İnzibati Fərman vasitəsi ilə 13224 saylı İF-yə  düzəliş etməsi sayəsində mümkün olub və bu, 11 Sentyabr terror aktlarından sonra  terrorçulara qarşı sanksiyalar tətbiq etmək xüsusunda federal səlahiyyətlərin ən əhəmiyyətli dərəcədə genişləndirilməsidir. Düzəliş Dövlət Departamentinə sanksiya siyahısına terror aktları törədilməsinə hazırlıqda iştirak edən qrup və şəxsləri, habelə bu cür təşkilatların müəyyən edilmiş liderlərini daxil etmək səlahiyyəti  verir.

Sanksiyaların tətbiqi Amerika ictimaiyyəti və beynəlxalq birliyi  RİH-in terror aktları hazırlamaqda iştirak etdiyi barədə xəbərdar edir. Sanksiyalar tətbiq edilmiş terrorçularun siyahısına həm ayrı-ayrı şəxslərin, həm də qrupların daxil edilməsi onları ifşa və təcrid edir, eyni zamanda,  onların ABŞ-ın maliyyə sistemindən faydalanmasına  imkan vermir. Bundan başqa, sanksiyalar ABŞ-ın digər qurumlarının və digər ölkələr hökumətlərinin hüquq-mühafizə tədbirlərinə kömək edə bilər.

Xəbər Turan.az saytında dərc edilib.

Gununsesi.org