ABŞ-da üç əsgər təlimlər zamanı həlak olub

  • By admin
  • 20 Oktyabr 2019 22:49

Bu gün ABŞ-ın Corciya ştatında keçirilən təlimlərdə ölkənin üç hərbi qulluqçusu həlak olub, üç nəfər yaralanıb.

Gununsesi.org-un  məlumatına görə, bu barədə “WKRG” yerli telekanalı bildirib.

Faciənin təlim meydanında Fort Stüartdakı 3-cü piyada diviziyasının 1-ci Zirehli Briqadasının təlimlərində iştirak edən Bradley zirehli texnikasının uğradığı qəza nəticəsində baş verdiyi bildirilir.

Hərbiçilərin ölümü yerindəcə müəyyənləşdirilib, zərərçəkənlər xəstəxanaya aparılıb.

 

 

Gununsesi.org