ABŞ-da qazılan neft quyularının sayı 22 həftə artıb- "QARA QIZIL" UCUZLAŞIR

dollar neft

ABŞ-da qazılan neft quyularının artmasının yaxın gələcəkdə bazarda təklifi artıracağı gözlənilir. Bu, OPEC və tərəfdaşlarının (Azərbaycan da daxildir) hasilatlarını azaltmalarını heç edir. 

Gununsesi.info xəbər verir ki, “Baker Hughes Inc.”ın  açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı 22 həftə ardıcıl artıb.

Digər tərəfdən OPEC-in müqaviləsinə daxil edilməyən Liviya, ölkənin Milli Neft Şirkətinə görə, istehsalı İyul ayının sonuna qədər 2013-cü ildən bu yana ən yüksək səviyyəsinə çıxaracaq.

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 19 sent düşərək bareli  44.55 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 19 sent düşərək bareli 47.18 dollara enib. Qiymətlər ötən həftə 1.6 faiz düşüb.

Gununsesi.info

COMMENTS