ABŞ-da qəzəbli vətəndaşlar polis rəisini öldürdü – ETİRAZLAR ŞİDDƏTLƏNİR

  • By admin
  • 03 İyun 2020 18:05
ABŞ-da davam edən etirazlar zamanı polis rəisi öldürülüb.
Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, Missuri ştatının Molin-Eykers şəhərinin 77 yaşlı polis rəisi Devid Dorn qəzəbli etirazçılar tərəfindən güllələnib.
Dostu lombard sahibi olan Dorn obyekti qarət etmək istəyən şəxslərə mane olmaq istəyən zaman həyatını itirib.
Ölkə boyu iğtişaşlar mayın 25-də Minneapolis şəhərində 46 yaşlı qaradərili Corc Floydun ölümündən sonra başlamışdı.

Gununsesi.org