ABŞ-da koronavirusa yoluxanların sayı 1,6 milyonu ötdü

  • By admin
  • 23 May 2020 15:27

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb.

Gununsesi.org-un verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 600 481 nəfərə çatıb. Onlardan 95 921 nəfəri ölüb, 350 135 nəfəri isə sağalıb.

Bildirilir ki, saat 05:45 üçün dünyada koronavirusa yoluxanların sayı 5 209 266 nəfərə, koronavirusdan ölənlərin sayı 338 121 nəfərə, sağalanlarınsayı isə 2 054 125 nəfərə çatıb.

Gununsesi.org