ABŞ-da gecə klubunda atışma, 12 nəfər yaralandı

  • By admin
  • 05 İyul 2020 16:18

Amerikanın Cənubi Karolina ştatında yerləşən gecə klublarının birində atışma baş verib.

Gununsesi.org “Associated Press” agentliyinə istindən xəbər verir ki, hadisə Qrinvill şəhərində qeydə alınıb.

Belə ki, gecə klubunda baş verən atışmada azı 12 nəfər yaralanıb.

Xəsarət alanlar dövlət xəstəxanalarına çatdırılıblar, vəziyyətləri barədə məlumat verilmir. Polis hadisənin təfərrüatlarını araşdırır.

 

 

Gununsesi.org