ABŞ-da gənc oğlan 2 ayda 3 dəfə koronavirusa yoluxdu

  • By admin
  • 06 May 2020 21:00
Koronavirusla bağlı ən çox ölüm halının yaşandığı ABŞ-da 26 yaşlı gənc oğlan 2 ayda 3 dəfə koronavirusa yoluxub. 
Gununsesi.org xəbər verir ki, Texas ştatında yaşayan gəncin mart ayının 19-unda koronavirus testi müsbət çıxıb və müalicələrdən sonra gənc özünü evində karantinə alıb.
Aprel ayının 13-ündə test nəticəsi 2-ci dəfə müsbət çıxan gənc yenidən evində özünü karantinə alıb. ABŞ-lı gənc mayın 1-ində təkrar testdən keçib və test nəticəsi müsbət çıxıb.
Sözügedən gənc hələ də xəstəlik simptomları yaşadığını və evindən bayıra çıxmadığını deyib.
Gununsesi.org