ABŞ-da etiraz zamanı silahlı insident

  • By admin
  • 16 İyun 2020 11:39

ABŞ-ın Albukerk şəhərində nümayiş zamanı silahlı insident yaşanıb.

Gununsesi.org bildirir ki, bu barədə şəhər polis idarəsinin “Twitter” hesabında məlumat yerləşdirilib.

“Etiraz zamanı atışma baş verib. Bir nəfər yaralanaraq, xəstəxanaya yerləşdirilib. İnsanlar ərazidən uzaqlaşdırılmalıdır”, – deyə məlumatda qeyd edilir.

Həmin şəxsin vəziyyətinin stabil ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başladılıb.

Gununsesi.org