ABŞ-da etiraz aksiyası zamanı kütləyə atəş açılıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb

  • By admin
  • 15 İyun 2020 09:14

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

Gununsesi.org-un “Fox” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki “Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

 

 

Gununsesi.org