ABŞ-da dünyanın ən böyük atəşfəşanlığını göyə buraxdılar – VİDEO

  • By admin
  • 11 Fevral 2020 10:22

Hər il Stimbout-Sprinqs (Kolorado ştatı) şəhərində keçirilən qış festivalı çərçivəsində dünyanın ən böyük atəşfəşanlığı partladılıb.

Gununsesi.org  xəbər verir ki, atəşfəşanlığın partlayıcı maddəsinin çəkisi 1270 kiloqram təşkil edib.

Atəşfəşanlıq dağda quraşdırılan səkkiz metr uzunluğunda polad borudan havaya buraxılıb.

Saatda 482 kilometr sürətini yığan atəşfəşanlıq 670 metr yüksəkliyinə qalxa bilib.