ABŞ-da DƏHŞƏT: Bina çökdü – İnsanlar qorxu içində… (VİDEO)

  • By admin
  • 02 İyul 2020 12:51

ABŞ-da Nyu-York ştatının Bruklin şəhərində üçmərtəbəli bina çöküb. Polisin verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, bina koronavirus pandemiyası səbəbindən bağlanıb, onun içində fitness mərkəzi olub.

Yerli sakinlər binanın təmir olunacağını bildiriblər.

“Bir səs eşitdim. Sonra insanlar qışqırdılar, hər tərəf dumana büründü. Mənə elə gəldi ki, yer titrəyir”, – deyə Bruklin sakini Vincenza Rizzuto təəssüratlarını bölüşüb.

Hadisənin dəqiq başvermə səbəbi hazırda polis tərəfindən araşdırılır.

 


Gununsesi.org