ABŞ-da avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb

  • By admin
  • 23 Fevral 2020 11:18

ABŞ-ın Kaliforniya ştatının cənubunda sərnişin avtobusu aşıb. Nəticədə 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Gununsesiaz.info “TASS”-a istinadən xəbər verir ki, bu barədə qəzanın baş verdiyi Nort dairəsinin xilasetmə xidməti bildirib.

Məlumata görə, yol qəzası 76-cı şossedə, San-Dieqo şəhərindən 72 km şimalda qeydə alınıb. Avtobus yüksək sürətlə hərəkətdə olan zaman yoldan çıxaraq aşıb.

Gununsesiaz.info