ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

  • By admin
  • 21 İyun 2020 15:58

ABŞ-da atışma olub.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, hadisə Minnesot ştatının Minneapolis şəhərində qeydə alınıb.

Belə ki, şəhərin cənub-qərbində naməlum şəxs tərəfindən törədilən silahlı insident nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.

“Xannepin küçəsində baş verən silahlı hadisə zamanı 12 nəfər xəsarət alıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 yaralının həyatı üçün təhlükə yoxdur”, – deyə xəbərdə bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

 

 

Gununsesi.org