ABŞ-da ən təhlükəli 10 peşə - SİYAHI

  • By admin
  • 08 Fevral 2020 09:16

ABŞ-ın əmək statistikası Bürosu işçiləri daha çox istehsalat xəsarətləri alan peşələrin siyahısını dərc edib. Siyahıya 100 min nəfər üçün ən çox istehsal travmaları olan peşələr daxil edilib.

Gununsesi.org xəbər verir ki, “Businessİnsider” portalının mütəxəssisləri siyahının əsasında nümayəndələri iş başında daha çox ölən peşələrin reytinqini  tərtib ediblər:

10. Bitkilərə qulluq, qazonun kəsilməsi sahəsində işləyənlər

100 min nəfərə düşən ölüm sayı: 20,2

9. Tikinti peşələri və yerin təkinin sərvətlərinin çıxarılması ilə bağlı peşələrin nümayəndələri

100 min nəfərə düşən ölüm sayı: 21,0

8. Dəmir və ya polad tirlərlə işləyən şəxslər

100 min nəfərə düşən ölüm sayı: 23,6

7. Rançoda işləyən fermerlər və fəhlələr, eləcə digər kənd təsərrüfatı peşələrinin nümayəndələri

100 min nəfərə düşən ölüm sayı: 24,7

6. Yük maşınlarının sürücüləri

100 min nəfərə düşən ölüm sayı: 26,0

5 Zibil toplayanlar

100 min nəfərə düşən ölüm sayı: 44,3

4. Taxtapuşçular

100 min nəfərə düşən ölüm sayı: 51,5

3. Pilotlar və bortmühəndislər

100 min nəfərə düşən ölüm sayı: 58,9

2. Balıqçılar

100 min nəfərə düşən ölüm sayı: 77,4

1. Meşə qıranlar

100 min nəfərə düşən ölüm sayı: 97,6

Gununsesi.org