ABŞ alimləri itlərin insanlara bağlılığının sirrini araşdırıb

  • By admin
  • 02 Sentyabr 2016 09:47

it

ABŞ alimləri itlərin insanlara bağlılığının sirlərini araşdırıblar. Gununsesi.info “Vista News” saytına istinadla xəbər verir ki, araşdırmaların əsas məqsədi “dördayaqlı” dostlarımızın təriflə qida arasında nəyə daha çox üstünlük verəcəklərini öyrənmək olub. 13 itin cəlb edildiyi tədqiqatlardan bəlli olub ki, sahibləri heyvanlar üçün sadəcə qida mənbəyi və ya sığınacaq deyil. Bir çox canlıdan fərqli olaraq, itlərin sahiblərindən isti münasibət gördükdə yeməkdən belə imtina edə biləcəkləri sübut olunub. Belə ki, araşdırmalar zamanı hər heyvana tədqiqat otağındakı fiqurlardan birini seçmək əmr edilib. Seçim müqabilində onlar yeməklə və təriflə “təltif olunublar”. Seçim arasında qalan itlərdən çoxunun tərif üçün yeməkdən imtina etdikləri müşahidə olunub.