ABŞ alimləri çarəsini tapdı: Koronavirusdan 24 saata sağaldacaq

  • By admin
  • 08 Aprel 2020 16:55

Koronavirusun ən çox yayıldığı ölkə olan ABŞ-da peyvənd və dərman axtarışı davam edir. 

Gununsesi.org xəbər verir ki, amerikalı mütəxəssislər virusun müalicəsində işə yarayacaq dərman hazırladıqlarını açıqlayıblar.

Şimali Karolina Universitetində Timoti Şeyanın rəhbərlik etdiyi bir qrup EIDD-2801 adlı bir dərman hazırlayıb. Koronavirusun birbaşa tənəffüs yollarına ciddi ziyan vurduğunu açıqlayan Şeyan hazırladıqları dərmanın ağciyərlərdə zərəri azaltdığını deyib. 

O , dərmanın ilk əvvəl siçanlar üzərində sınaqdan keçdiyini vurğulayıb: “Artıq insanlar üzərində sınaqdan keçməyə hazırdır. Bu dərman xəstəliyin ilkin mərhələsində ,yəni simptomlar hələ yeni müəyyənləşərkən istifadə edilə bilər. İnfeksiyanın yayılmağa başladığı ilk 12-24 saat ərzində tətbiq olunan bir müalicə olacaq. EIDD-2801 təkcə bu gün yox ,gələcəkdə də müxtəlif koronaviruslara qarşı tətbiq olunacaq”. 

Gununsesi.org