ABŞ 2012-ci ildən indiyədək ən yüksək büdcə defisiti ilə üzləşib

  • By admin
  • 26 Oktyabr 2019 20:32

ABŞ 2019-cu ilin maliyyə ilini (sentyabrın axırı yekunlaşıb) 28% federal büdcə kəsiri ilə bitirir.

Gununsesi.org-un məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

Onun sözlərinə görə, 2019-cu maliyyə ilində büdcə kəsiri 984 milyard dollar təşkil edib ki, bu da əvvəlki maliyyə ilindən 205 milyard dollar çoxdur. Mnuçin qeyd edib ki, bu, 2012-ci ildən bəri ən böyük büdcə defisiti göstəricisi olub.

Qeyd edək ki, ABŞ-ın büdcə kəsirinin ən yüksək həddi 2009-cu ildə qeydə alınıb. Həmin il büdcə defisiti 1.4 trilyon dollara çatmışdı.

 

Gununsesi.org