71 yaşlı polkovnik Rusiyaya casusluqda ittiham olunur

  • By admin
  • 08 Noyabr 2019 22:57

Avstriya ordusunun həbsdə olan polkovniki Martin M. Rusiya xüsusi xidmət orqanlarına casusluqda ittiham edilir.

Gununsesi.org “Kronen Zeitung”a istinadən xəbər verir ki, 71 yaşlı hərbçi xidməti dövründə ölkənin silahlı qüvvələri, quru və hava qoşunlarının tapşırıqları haqda məlumatlar ötürüb. O, bu fəaliyyətini 1987-ci ildən başladıb. Martin casusluq zamanı yüksək texnologiyalarla peyk əlaqəsindən istifadə edib. Bunun qarşılığında isə Rusiyadan 100 minlərlə avro pul alıb.

Polkovnik artıq bir ildir ki, həbsxanadadır. O, 2018-ci ilin 9 noyabrında saxlanılıb.

 

 

Gununsesi.org