70 yaşlı aktyor özündən 33 yaş kiçik sevgilisi ilə evləndi – FOTOLAR

  • By admin
  • 03 İyul 2020 10:30

Yeşilçam filmlərinin əfsanəvi aktyorlarından olan Nuri Alço özündən 33 yaş kiçik sevgilisi Burcu Sezginoğlu ilə evlənib.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aktyor Burcu Sezginoğlu ilə səssiz-sədasız ailə qurub. Toyda isə sadəcə cütlüyün ailə üzvləri iştirak ediblər. 

Qeyd edək ki, 11 ildir sevgili olan cütlük mart ayında evlənməyi planlaşdırsa da, koronavirus pandemiyası səbəbi ilə toy təxirə salınmışdı.

Gununsesi.org