600 nəfər kosmosa uçacaq – Hazırlıqlar başladı

  • By admin
  • 16 Noyabr 2019 17:07

ABŞ-da fəaliyyət göstərən “Virgin Galactic” şirkəti ilk sərnişinlərinin astronavt hazırlığı proqramına başlayıb.

Gununsesi.orgPublika.az-a istinadən xəbər verir ki, şirkət gələn ilin birinci yarısında ilk sərnişinlərini kosmosa göndərəcək.

Adından göründüyü kimi, hazırlıq kursu olan bu proqram “Virgin Galactic” sərnişinlərinin şirkətin “VSS Unity” kosmik gəmisinə minməzdən əvvəl öyrənməli olduğu bir təlimdir. Dərslər “Virgin Galactic”-in kapitan astronavt təlimçisi Bet Mosez və kapitan Deyv Makey tərəfindən öyrədilir. Makey və Mosez, eyni zamanda, fevral ayında Virginin nümayiş uçuşunda iştirak ediblər. Beləliklə, bu ikili təkcə öz təcrübələrini keçməyəcək, həm də sərnişinlərlə eyni gəmidə olacaqlar.

“Virgin Galactic”-in ortağı Andır Armor da bu proqramda yer alır. Rəsmi astronavt forması istehsal edən şirkət təkcə bununla kifayətlənmir, həm də qidalanma və idman proqramları ilə astronavtların necə hazırlanması barədə müvafiq siyahı da təqdim edir.

Bundan əlavə, “Virgin Galactic”in tibbi yardım komandası var və onlar hər bir sərnişinə ayrılıqda məsləhətlər verir. Şirkət müştərilərinin sağlamlığı mövzusuna da diqqət yetirdiklərini bildirib.

Qeyd edək ki, indiyə qədər 600 nəfər “Virgin Galactic”-in “SpaceShipTwo” adlanan kosmik gəmisində uçmaq üçün qeydiyyatdan keçib. Şirkət gələn ilin ilk yarısında 250 min dollar dəyərində biletləri olan ilk sərnişinlərini yerin orbitinə göndərməyi planlaşdırıb.