6 təbii antibiotik - DƏRMANA EHTİYAC YOXDU

  • By admin
  • 20 İyul 2016 17:41

sogan

 

Mətbəximizdə olan bəzi qidalarla immunitet sistemimizi qoruya, antibiotik dərmanlar əvəzinə onların təbii antibiotik xüsusiyyətlərindən yararlana bilərik. Bəs bu qidalar hansılardır?

1. Bal

Səhər yeməyində 1 qaşıq bal yemək antibakterial və antiviral xüsusiyyəti ilə immunitetinizi qorumaqla yanaşı, gün boyu enerjinizi də artırır.

2. Zəncəfil

Zəncəfilin tərkibindəki gingerol maddəsi ağrıkəsici, hərarətsalıcı və sakitləşdirici təsirə malikdir. Nazik doğranmış 1 çimdik zəncəfili limon sıxılmış ilıq suya töküb, 20 dəqiqə saxlayın. Gündə 2-3 dəfə içildikdə boğaz ağrıları və öskürəyin keçməsinə yardım edir.

3. Soğan-sarımsaq

Hardasa bütün yemək və şorbalara qatdığımız soğan və sarımsaq xüsusilə soyuq aylarda süfrədən eskik edilməməli olan antibiiotik və analjezik (ağrıkəsici) təsirli iki qidadır.

4. Zərdəçal

Antimikrobial xüsusiyyətli zərdəçalı 1 stəkan qaynar suda 5 dəqiqə dəmləyin. Gündə 2-3 dəfə içə bilərsiniz.

5. Adaçayı

Antiviral xüsusiyyətli adaçayı ağız və boğaz iltihabı müalicəsində müsbət təsir göstərir. 3-4 qram yarpaqı 1 stəkan isti suda 5-10 dəqiqə dəmləyin. Soyudub süzəndən sonra  qarqara edə bilərsiniz.

6. Çörəkotu

İmmunitet sistemini dəstəkləyən çörəkotunu gündə 1 desert qaşığı olmaqla yaxşıca çeynəyərək yeyə bilərsiniz.

Gununsesi.info