Ruhani ikinci dəfə prezident olacaqmı?

  • By admin
  • 26 Oktyabr 2016 07:51

ruhani

İran prezidenti Həsən Ruhani 2017-ci ildə dövlət başçısı seçkilərində iştirak etmək niyyətindədir.  

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” agentliyinə İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib. Onun sözlərinə görə, seçki qərargahı 2017-ci ilin yanvarında işə başlayacaq.

Nazirin sözlərinə görə, namizədlərin qeydiyyatı gələn ilin 10-14 aprel tarixlərində  keçiriləcək. Seçki kampaniyasına rəsmi olaraq aprelin 27-də start veriləcək və mayın 16-dək davam edəcək.

İranda prezident seçkiləri 2017-ci ilin mayın 19-na təyin edilib.

Gununsesi.info