5 dairədə seçkinin nəticəsi ləğv ediləcək

  • By admin
  • 12 Fevral 2020 22:12

 

Milli Məclisə keçirlən növbədənkənar seçkilər başa çatsa da nəticələr barədə birmənalı mövqe yoxdur.

Bir sıra dairədən olan namizədlər seçki prosesinin şəffaf olmadığını iddia edərək, nəticələri tanımadığını bəyan edib.

Bu arada ABŞ hökuməti və beynəlxalq təşkilatlardan da tənqidlər səslənib.

Gununsesi.org-un xəbərinə görə, hökumət bu təniqdlərin bir qismini nəzərə almaq qərarı verib.

Belə ki, Konstitusiya Məhkəməsinin bir neçə mübahisəli dairədə nəticələri ləğv edəcəyi gözlənilir. Mənbəmiz bu dairələrin sayının 5 olduğunu dilə gətirib.

 

Gununsesi.org