47 il əvvəl ABŞ-da itən üzük Finlandiyadan tapıldı

  • By admin
  • 17 Fevral 2020 23:33
ABŞ-ın Oregon əyalətində yaşayan qadının 47 il əvvəl itirdiyi üzük Finlandiyadakı meşədən tapılıb. 
Gununsesi.org xəbər verir ki, 63 yaşlı qadın 1973-cü ildə litseydə təhsil alarkən sevgilisinin ona verdiyi üzüyü Portland şəhərində itirib.
Debra McKenna adlı qadın 47 ildən sonra Finlandiyalı bir araşdırmaçının o zamanlar təhsil aldığı litsey ilə əlaqə yaradaraq itən üzüyün sahibini axtardığını söyləyib.
Sözügedən şəxs içində qadının oxuduğu litseyin adı olan mavi qaşlı gümüş üzüyü yanvar ayında Finlandiyanın cənub-qərbindəki Kaarina qəsəbəsində meşəlik bir ərazidə tapdığını söyləyib.
Üzüyün Finlandiyaya necə getdiyinin məlum olmadığını bildirən qadın “Üzüyün tapıldığını öyrənəndə çox ağladım. Dünyada yaxşı insanlar var” deyib.

 

Gununsesi.org