45 min abituriyent kolleclərə qəbul üçün elektron ərizəsini təsdiqlədib

  • By admin
  • 25 May 2020 17:56

Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

Gununsesi.org Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 15:40-a olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 44 min 315 abituriyent elektron ərizəsini təsdiqlədib.

Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Gununsesi.org