44 yaşı var, Rusiyanın ən zəngin qadın milyarderidir

  • By admin
  • 20 Fevral 2020 11:22

 

G“Forbes” jurnalı Rusiyanın beynəlxalq onlayn-maqazini “Wildberries”in sahibi Tatyana Bakalçuku “Rusiyanın ən zəngin qadını” elan edib.

Gununsesiaz.info “Qafqazinfo”-ya istinadla xəbər verir ki, o, 1,4 milyard dollar sərvətlə bir il öncə siyahıda lider olan Yelena Baturinanı üstələyib. Moskvanın keçmiş meri Yuri Lujkovun xanımı olan Baturinanın sərvəti 1, 2 milyard dollar dəyərində qiymətləndirilir.

Nəşr yazır ki, 2004-cü ildə həyat yoldaşı ilə biznes həyatına başlayan 44 yaşlı Bakalçuk son bir il ərzində 400 milyon dollar gəlir əldə edib.

 

 

 

 

 

Gununsesiaz.info