44 nəfəri aldadan dələduz tutuldu

  • By admin
  • 14 Dekabr 2016 22:25

qhu6uhqf4xtze0z0rtrl

 

Lənkəranda dələduzluqla məşğul olan şəxs məsuliyyətə cəlb edilib.

Gununsesi.info Teleqraf.com-a istinadən xəbər verir ki, Lənkəran rayon sakini Vüqar Baxşıyevin 2012-2015-ci illər ərzində 44 nəfər rayon sakinini aldatması barədə polisə məlumat daxil olub.

Vüqar Baxşıyevin 44 nəfərdən ümumilikdə 9 min 656 manat ələ keçirməsi müəyyən edilib.

Lənkəran polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vüqar Baxşıyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

 

Gununsesi.info