44 cinayətin üstü açılıb

  • By admin
  • 16 Fevral 2020 16:24
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də 44 cinayətin üstü açılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Baş Polis İdarəsi yayıb. Məlumatda bildirilib ki, açılan cinayətlərdən 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Bundan əlavə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 7 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 14, oğurluq üzrə 13, soyğunçuluq üzrə 2 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
Gununsesi.org