Məşhur reper Məmmədyarovun baldızı ilə nişanlandı — FOTOLAR

  • By admin
  • 23 Mart 2020 10:45

“Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov nişanlanıb.

 

Gununsesi.org-un məlumatına görə, reper tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədova ilə nişanlanıb. Nişan mərasimi evdə baş tutub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə dünyada yayılmış koronavirusla əlaqədar ölkədə xüsusi rejimin tətbiq olunması və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyyə olunmasına baxmayaraq, cütlük nişan mərasimi çox təxirə salmaq istəməyib.

Məlumat üçün bildirək ki, bir dəfə evli olan reper sevgilisiylə münasibətlərini payız aylarında elan edib. Qurd əvvəllər verdiyi açıqlamasında həyat yoldaşından ayrılmağına səbəb kimi xəyanət etdiyini göstərmişdi. Onun ilk nikahından 2 övladı var.

Xəbər publika.az saytında dərc edilib.

 

 

 

Gununsesi.org