Azərbaycanda koronavirus həyəcanı: Cəlilabadda xəstəxana boşaldıldı – Nazirlik işçiləri rayona ezam edildi

  • By admin
  • 24 Fevral 2020 14:48

Koronavirus təhükəsi artıq Azərbaycanda ciddi qəbul olunmaqdadır.

İranda 50-dən çox insanın bu xəstəliyə yoluxması səbəbindən vəfat etməsi Azərbaycanda narahatlığı daha da artırır.  Gununsesiaz.info xəbər verir ki, İranla sərhəddə yerləşən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası artıq tam olaraq boşaldılıb. Səhiyyə Nazirliyindən adının çəkilməsini istəməyən mənbəmizin verdiyi xəbərə görə, xəstələr və həkimlər rayondakı diaqnostika mərkəzinə köçürülüb. Məlumata görə, İranda dini ziyarətdən qayıdan 2 vətəndaşın koronavirusa yoluxduğu və durumlarının ağır olduğu bildirilir.

Xəstəxanada bir sıra tədbirlər görülməkdədir. İrandan Azərbaycanda koronavirusa keçməsinin qarşısını almaqla bağlı hazırlıqlar başladılıb.

Qeyd edək ki, son məlumatlara görə, rayona  Səhiyyə Nazirliyindən ezam olaraq bir neçə əhkim göndərilib.

Gununsesiaz.info