37 milyon izləyicisi olan aktrisadan Türkiyə polisinə təşəkkür – VİDEO

  • By admin
  • 13 Fevral 2020 10:58

İndoneziyalı aktrisa Raffi Əhməd 37 milyon izləcyisi olan “Instagram” səhifəsindən Türkiyə polisinə təşəkkürünü bildirib.

Gununsesi.org xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, məşhur aktrisa xüsusi bir işi üçün Cakartadan İstanbula gedib. Lakin hava limanında o, çamadanını itirib. Aktrisa hüquq-mühafizə orqanı əməkdaşlarına müraciət edir. Çox az müddətə onun bütün əşyaları tapılaraq özünə qaytarılıb.

Sosial mediada 44 saniyəlik təşəkkür videosunda R.Əhməd Türkiyə bayrağını da nümayiş etdirib.

Gununsesi.org