Bakıda qadın estetik əməliyyat zamanı öldü

  • By admin
  • 25 Oktyabr 2019 11:58

Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb.

Gununsesi.org-un Report-a istinadən xəbərinə görə, hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən “MedAura” klinikasında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.org